İsrailin baş naziri Netanyahu ABŞ Konqresindəki çıxışında “Rəfahda heç bir mülki vətəndaşın ölmədiyini” iddia edib.
Musavat.com xəbər verir ki, Netanyahunun bu çıxışına konqres üzvləri alqışlarla dəstək verib.
Lakin Fələstin əsilli Nümayəndələr Palatasının üzvü Raşida Tlaib “Müharibə cinayətkarı” pankartı açıb. Raşida Tlaibin bu hərəkəti dünya mətbuatında gündəm olub.
ABŞ Konqresinin Fələstin əsilli yeganə üzvü Raşida Tlaib Netanyahunun çıxışı boyunca əlində "Müharibə cinayətkarı" yazılmış pankarı saxlayıb. Konqresə qonaq kimi qatılan bir qadının köynəyinə “Sazişi indi imzala” yazılması da diqqət çəkib.
Qeyd edək ki, Netanyahu ABŞ Konqresinin liderlərinin dəvəti ilə Konqresin birgə iclasında təxminən 1 saata yaxın çıxış edib.
Musavat.com