Baş nazirdən “Yanar dağ”la bağlı Qərar

"Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nda dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Dəyişikliyə əsasən, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" və Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVIII əsrlər) "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib.

27.02.2024 17:38
895