"Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları"nda dəyişiklik edilib.
Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, təşkilatın gəlirləri aşağıdakı kimi formalaşacaq:
"Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"da gəlirlər aşağıdakı hesablar üzrə yığılır və maliyyə hesabatının 60-cı maddəsində ümumiləşdirilir:
- üzvlük haqqı;
- ianə;
- dövlət maliyyə yardımı;
- çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir;
- ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir;
- mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir;
- hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak;
- qanunla qadağan olmayan digər gəlirlər.
"Üzvlük haqqı" hesabında təşkilatın üzvlük haqqı kimi əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
"İanə" hesabında təşkilatın ianə kimi əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
"Dövlət maliyyə yardımı" hesabında təşkilatın dövlət maliyyə yardımı hesabına əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
"Çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir" hesabında təşkilatın çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
"İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir" hesabında təşkilatın ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
"Mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir" hesabında təşkilatın mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə etdiyi gəlirlərin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
"Hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak" hesabında təşkilatın hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə etdiyi əmlak üzrə gəlirlərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
"Qanunla qadağan olunmayan digər gəlirlər" hesabında təşkilatın qanunla qadağan olunmayan digər gəlirlərinin uçotu aparılır.
Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
Qərara əsasən, təşkilatın xərcləri aşağıdakı kimi formalaşacaq:
"Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"da xərclər aşağıdakı hesablar üzrə yığılır və maliyyə hesabatının 70-ci maddəsində ümumiləşdirilir. "Cari işlərə sərf olunan vəsait" hesabında təşkilatın əldə etdiyi gəlirləri üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır.
Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
"Siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər" hesabında təşkilatın əldə etdiyi gəlirləri üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
"İctimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər" hesabında təşkilatın seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
"Yerli (aşağı) təşkilatlara ödənişlər" hesabında təşkilatın yerli (aşağı) təşkilatların (filialların, nümayəndəliklərin və digər struktur bölmələrinin) saxlanılması ilə bağlı əldə etdiyi gəlirləri üzrə xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
"Kreditlər üzrə faizlər" hesabında təşkilatın gəlirləri ilə bağlı olmayan xərc kimi tanınmış məsrəflərinin uçotu aparılır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə- təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir. "Fərdi xərclər" hesabında təşkilatın əldə etdiyi gəlirləri ilə bağlı olmayan ezamiyyə və nümayəndəlik xərcləri uçota alınır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.
"Sair xərclər" hesabında təşkilatın əldə etdiyi gəlirləri ilə bağlı olmayan xərc kimi tanınmış məbləğlər uçota alınır. Hesabat dövrü üzrə və əvvəlki hesabat dövrü üzrə bu hesabın məbləğləri "Maliyyə- təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat"ın həmin hesab sətri üzrə müvafiq olaraq 3-cü və 5-ci sütunlarında əks etdirilir.