Baş nazir: “Valyuta ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır”

Baş nazir Əli Əsədov Milli Məclisin iclasında hökumətin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatını təqdim edib.

Baş nazir bildirib ki, ötən il qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında dəyişikliklər baş verib. Amma bu dəyişikşliklərə baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib. Baş nazir deyib ki, 2022-ci ildə ölkəmizdə 133,8 milyard manatlıq ümumi daxili məhsul  istehsal olunub: “2022-ci il ictimai həyatın bütün sahələrində aparılan islahatlarla yadda qalıb”.

Ə.Əsədov Azərbaycanın valyuta ehtiyatları barədə də son məlumatı açıqlayıb: “Hazırda valyuta ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır”. Baş nazir deyib ki, əhalinin banklarda olan əmanətləri 2,5 milyard artaraq, 11,7 milyard manat təşkil edib.

E.Paşasoy,
Musavat.com

17.03.2023 11:32
749