Litvanın baş naziri və prezidentliyə namizəd İnqrida Şimonite seçki şüarını dəyişməli olub. Buna səbəb şüarın Rusiya prezidenti Vladimir Putinin 2018-ci ildəki seçki kampaniyası zamanı “Güclü Prezident – Güclü Rusiya” şüarına bənzəməsi olub.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin qərargahının rəhbəri Mindauqas Linqe bildirib.
Məlumata görə, bundan əvvəl Şimonite “Güclü prezident – güclü ölkə” şüarı ilə ikinci dəfə seçkilərdə iştirak edəcəyini açıqlayıb.
Bu xəbər sosial şəbəkələrdə səs-küyə səbəb olub.
Şimonite öz növbəsində tənqidlərə sakit yanaşdığını qeyd edib və xatırladıb ki, “seçkilərdə şüarlar deyil, namizədlər qalib gəlir”.
Qeyd edək ki, Litvada prezident seçkiləri 2024-cü ilin mayında keçiriləcək.
Musavat.com