Baş nazir Əli Əsədov Misirdə işgüzar səfərdədir

Dekabrın 18-də Azərbaycanın Baş naziri Əli Əsədov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfərə gəlib.

Bu barədə Musavat.com-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.

Səfərdə məqsəd D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə iştirak etməkdir.

18.12.2024 23:59
341