Bakıda 9 saylı Şəhər Poliklinikasında baş verən yanğının təfərrüatı məlum olub.
İddia olunub ki, vaxtilə Rüfət Rəhimov adlı şəxs sözügedən tibb ocağında çalışıb və baş həkimlə ədavəti olub.
Elə buna görə də, Rüfət Rəhimov baş həkimin otağına daxil olub, ətrafa benzin töküb və otağı yandırıb. Yanğın nəticəsində otaqdakı bütün əşyalar yararsız hala düşüb.
Poliklinika işçilərinin sözlərinə görə, yanğını törədən şəxsin psixoloji problemləri var:
"Aptek müdiri olub. Dörd-beş il burada işləyib. Qonşusundan soruşdum, dedi ki, psixoloji problemi var, ailəsi dağılıb, əyyaşlıq edir".
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, yanğını törədən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində: