Baş həkimin oğlu - həbsxanada öldürülənlər kimdirlər?

Bu gün səhər Rostovdakı 1 saylı istintaq təcridxanasında(“Ростовского централ”kimi məşhurdur) olan 6 nəfər  kamerada  barmaqlıqları sındıraraq təcridxananın  növbətçi otağına daxil olublar. Onlardan üçü-  Şamil Akiyev, Tamerlan Gireev və Azamat Tsitskiev 2023-cü ilin dekabrında İŞİD qruplaşmasında iştirak və terror aktı hazırlamaqda günahlandırılaraq müvafiq olaraq 18, 18 və 18,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Məlumdur ki, onlar PUA istehsalı üçün komponentlər alıb, onu yığıblar, həmçinin iki Makarov tapançası və bir Kalaşnikov avtomatı alıblar. Onlar Qaraçay-Çərkəz Respublikasında terror aktı hazırlamaqda,  Ali Məhkəmənin binasına hücum  planlaşdırmaqda ittiham ediliblər.   

Onlar təcridxanasında girov götürənlərlə video çəkiblər və təhlükəsizlik qüvvələrinin qarşısında şərtlər qoyublar. Girovlardan  biri  Rostov vilayəti üzrə Federal Penitensiar Xidmətinin əməliyyat şöbəsinin rəisi Aleksandr Boqma və növbətçi növbənin kiçik inspektoru Viktor Koçakov olub.

eae66d62d0d9d47ed5459dd6ea395e92.jpg (296 KB)

Musavat.com-un xəbərinə görə, hüquq-mühafizə orqanları ilə danışıqlar zamanı terrorçular  avtomobil və “yaşıl dəhliz” verilməsi tələb ediblər. Cinayətkarlar girovları özləri ilə aparmaq niyyətində olduqlarını deyiblər. Çəkdikləri videoda   bəyan ediblər ki, onlar yenidən həbs edilməyə yox, ölməyə hazırdılar.  

Bir neçə saat sonra  təcridxanın ərazisində atışma səsləri eşidilib. Bəlli olub ki, girovların azad edilməsi üçün aparılan danışıqlar nəticəsiz qalıb və xüsusi təyinatlılara istintaq təcridxanasının binasına  hücum etmək əmri verilib. Altı cinayətkarın hamısı məhv edilib.   Hücumda Rusiya Qvardiyasının və xüsusi xidmət orqanlarının əməkdaşları iştirak ediblər. Hücum cəmi üç dəqiqə davam etdi. İlkin məlumata görə,  girovlardan biri yüngül bıçaq xəsarəti alıb. O, artıq lazımi tibbi yardım alıb, işçinin həyatı təhlükədə deyil. Təhlükəsizlik rəsmilərindən biri “onların hamısı zibil qabının yanında  gəbərdilər" deyib...

 Musavat.com Rusiya mediasına istinadən onu da xəbər verir ki,  təcridxanadan qaçmaq istəyərkən öldürülənlərdən biri  Həştərxan vilayətində anadan olmuş Malik Qandaloyev olub. Onun atası da həkimdir, Açaluk Rayon Xəstəxanasının  baş həkimi də olub. Gənci tanıyanların  dediyinə görə, oğlan universitetdə tibb sahəsinə maraq göstərsə də, sonradan radikal İslamla maraqlanmağa başlayıb. Digərləri kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları da Qandaloyevi terror aktına hazırlaşarkən saxlayıblar.  

gffgfrs.JPG (81 KB)

 “SHOT” Teleqram kanalının məlumatına görə,  Rusiya Federal Penitensiar Xidmət məhbusların telefonlarını, bıçaqlarını və hətta qadağan olunmuş İŞİD-in bayraqlarını haradan aldıqlarını müəyyən etmək üçün 1 saylı İstintaq Təcridxanada yoxlamalara başlayıblar.  

Qeyd edilir ki, Rusiyanın cəzaçəkmə yerlərində şəraitin ağır olduğu yerlərdən biri  də hadisənin baş verdiyi təcridxanadır.  Rusiyalı hüquq müdafiəçiləri  bildirirlər ki, hətta İctimai Nəzarət Komissiyasının üzvləri də Rostov şəhərinin “cəbhə xəttində statusu” səbəbindən bu  istintaq təcridxanasına buraxmırlar.

Musavat.com 

16.06.2024 19:49
3482