Barselonada anti-turizm hərəkatı - sakinlər turistlərin üstünə su fısqırdır

Dünya ölkələri turis cəlb etmək üçün yarışdıqları halda İspaniyanın Barselona şəhərində yerli sakinlər turistlərə qarşı çıxırlar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kataloniya paytaxtının etirazçılarını qurbanları açıq havada yemək yeyən kafe müştəriləri olub. Yerli sakinlər onların üstünə su şırnağı fısqırdıblar.

Polisin məlumatına görə, etiraz nümayişində 2800-ə yaxın insan iştirak edib. Amma bəzi təşkilatçıların fikrincə, etirazçılar daha çox olub. Onlardan bəziləri turistlərə ünvanlanan “Evlərinizə qayıdın! və “Xoş gəlməmisiniz”” sözləri yazılmış plakatlar qaldırıblar, əllərindəki su tapançaları ilə restoranlara basqın ediblər.

Etiraz təşkilatçıları öz fikirlərini bildirmək üçün bu qəribə yolu ona görə seçiblər ki, su çiləmək zorakılıq və ya cinayət sayılmır. Amma bu, Barselona iqtisadiyyatının əsasını təşkil edən turizm sənayesinə zərər verə bilər.

Yerli sakinlər turistlərin sonsuz axınının qısamüddətli yerləşdirmə tələbini artırmasından narazıdırlar. Bu, getdikcə əlçatmaz hala gələn kirayə bazarında vəziyyəti daha da gərginləşdirir. Pullu turistlər gəlib mənzilləri tutur, daha çox ödəyirlər, orta təbəqədən aşağıda yaşayan sakinlər isə ya kirayəyə götürməyə mənzil tapmırlar, ya da artmış kirayə pulunu ödəyə bilmirlər.

Musavat.com

 

15.08.2024 11:51
361