“Barselona” prezidenti rüşvətxorluqda ittiham olunur

“Barselona”nın prezidenti Joan Laporta İspaniya Kral Futbol Federasiyasının texniki komitəsinin vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlə bağlı rüşvətxorluqda ittiham olunanlar arasındadır.

Belə ki, məhkəmə işini aparan hakim Xoakin Agirre komandanın keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Rosellə yanaşı, Laportanı və onun rəhbərliyi dövründə “Barselona”nın direktorlar şurasında olan hər kəsi məsuliyyətə cəlb etmək qərarına gəlib.

Qeyd edək ki, katalon klubu hər hansı qanun pozuntusunu rədd edib. Klub prezidenti isə “Barselona”ya qarşı qarayaxma kampaniyası aparıldığından şikayətlənib.

19.10.2023 01:04
359