Barış Şimşək: “Niyə hakim-inspektor kimi təyinat almayım?”

“Niyə hakim-inspektor kimi təyinat almayım? Dünən Elçin Məsiyevin idarə etdiyi AVRO-2024-ün seçmə mərhələ oyununda eyni vəzifəni Roberto Rozetti yerinə yetirib”.

“Report”un məlumatına görə, bunu AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək jurnalistlər üçün təşkil olunan seminarda deyib.

Türkiyəli mütəxəssis buna haqlarının çatdığını bildirib: “Mən niyə öz işimi davam etdirməyim? Bunun çox faydası var. Bəzən xüsusi izləməli olduğum referilər olur. Təyinat almasaydım, tam anormal olardı”.

13.09.2023 17:37
314