1999-cu ildə dünyasını dəyişən Barış Mançonun Osakada verdiyi bir konsertdə 2023-cü illə bağlı dediyi sözlər sosial mediada gündəm olub.
Musavat.com xəbər verir ki, sözügedən görüntülərdə Barış Manço "Mənim ölkəm Türkiyənin həmin il 100 yaşı tamam olacaq. Mənim də 80 yaşım tamam olacaq. 2023-cü ildə Osakaya gəlib bu mahnını yenidən ifa etmək istəyirəm" - deyir.
Qeyd edək ki, 1995-ci ildə Yaponiyada səhnəyə çıxan Barış Manço 2023 mahnısından danışıb və bu il üçün arzularını sıralayıb.
Toğrul İSMAYIL,
Musavat.com