“Barda striptiz oynayanlar gəlib müğənni olurlar” - Qalmaqallı iddia

Uzun illər sonra efirə çıxan müğənni Mənsumə Əliyeva od püskürüb.

Musavat.com yenisabah.az-a istinadən xəbər verir ki, "Xoş Gəldim" verilişinin qonağı olan ifaçı sponsorların "divan" təkliflərini qəbul etmədiyi üçün efirlərdən kənarda qaldığını iddia edib:

"Sponsoru, "həcisi" olan efirlərdə qan edir. Gəlsinlər mənimlə birgə 6 saat toy oxusunlar. Fonoqramdan başqa heç nə oxuya bilmirlər. Onlar sponsora görə irəlidədir, "YouTube"a pul buraxır, 3-5 min verir, mahnını trend edir və olurlar ulduz. Həmən dəqiqə də "ulduz xəstəliyi"nə tutulurlar. Palçıqdan çıxan, ofisiant, saç ustası, dırnaq ustası olanlar çıxıb oxuyur, efirdən düşmürlər.

Mənə də sponsor təklifləri çox olub. Hətta bir vəzifəli şəxs deyirdi ki, çıx, de ki, naxçıvanlıyam, bakılı balası deyiləm, səni ulduz edim. Ad çəkmək istəmirəm, həmin şəxs indi vəzifədən gedib, baş hərfi "T"-dir.

O vaxt sponsor təklifləri mənə də, Röya Ayxana da gəlirdi. Mən ailəmi düşünürdüm və onları seçdim. Mənim üçün birinci növbədə ailədir. İndinin özündə də sponsor təklifləri gəlir.

Mən şou-biznesdən, mediadan küsüb uzaqlaşdım. Gördüm ki, hansısa barda striptiz oynayanlar gəlib müğənni olurlar. Bu saat hər şey kommersiyadır. Pulunu verirsən, efirə çıxırsan. Elə ondansa toyuma gedib oxuyaram, toydan da toy tutaram.

Mən sərt danışmıram, düz danışıram. Düz isə hər zaman düzdür!"

07.02.2024 14:49
851