"Barbi" filmini Küveytdə yasaqladılar - senzura qayçısı tələb olunur

Küveyt hakimiyyəti əxlaq normalarına uyğun gəlmədiyi və ənənəvi dəyərlərə zidd olan fikirləri yaydığı üçün “Barbi” komediyasının və “Mənimlə danış” qorxu filminin nümayişini qadağan edib.

Musavat.com xəbər verir ki, bu barədə çərşənbə günü axşam KUNA xəbər agentliyi məlumat yayıb.

Küveytin informasiya və mədəniyyət nazirinin müavini Lafi əl-Subei deyib ki, qadağadan əvvəl səlahiyyətlilərdən ədəbsiz davranışları təşviq edən və ya cəmiyyətdə dominant dəyərləri təhrif edən bəzi səhnələri silmək istənilib. 

 

10.08.2023 12:43
515