Sabah səhər saat 10:30-da hər tərəfdən maşınlarla Respublika meydanına, hökumət binasına gedəcəyik.
Musavat.com erməni mediasına istinadən xənər verir ki, bu barədə arxiyepiskop Baqrat Qalstanyan mayın 29-da Müqəddəs Anna kilsəsinin həyətində növbəti gün üçün fəaliyyət planını təqdim edərkən bildirib. Arxiyepiskop qeyd edib ki, polis əməkdaşları avtomobilləri içəri buraxmasalar, hökumət binasına piyada yaxınlaşacaqlar. “Gəlmək çox vacibdir, maşını olmayanları isə piyada gəlməyə dəvət edirəm. Şücaət, qəhrəmanlıq göstərmək istəyən hamınızı dəvət edirəm”, Qalstantan deyib.
Musavat.com