Banqladeşdə iki ay ərzində baş verən iğtişaşlarda 708 nəfər ölüb

Banqladeşin Səhiyyə Nazirliyi iyul və avqust aylarında baş verən iğtişaşlar zamanı həlak olan 708 nəfərin siyahısını açıqlayıb.

Bu barədə “Dhaka Tribune” məlumat yayıb.

Siyahıya ölənlərin adları və soyadları, mobil telefon nömrələri, yaşayış ünvanları, doğum tarixləri daxildir. Öz növbəsində ölkənin Səhiyyə Nazirliyi etirazlar zamanı ölənlərin sayının 1,4 mindən çox olması ilə bağlı əvvəllər dərc edilmiş məlumatları təkzib edib.

Qeyd edək ki, avqustun 5-də Banqladeşin Baş Naziri xanım Şeyx Hasina istefa verərək ölkəni tərk edib. Ona və hökumətinə qarşı etirazlar iyulun əvvəlində yüksək işsizlik səviyyəsindən narazı olan tələbələrin nümayişləri ilə başlayıb. Hazırda respublikada Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi müvəqqəti hökumət yaradılıb.\\“Report” 

25.09.2024 04:26
217