Banqkokda binanın uçması nəticəsində ölənlərin sayı 41-ə çatıb

Tailandın paytaxtı Banqkokda tikilməkdə olan Baş Auditor İdarəsinin binasının zəlzələ zamanı uçması nəticəsində ölənlərin sayı 41-ə çatıb.

Nəşrin məlumatına görə, 53 nəfər hələ də itkin sayılır. Onların hamısı obyektin tikintisi ilə məşğul idi.

“Məqsədimiz bu ayın sonuna qədər binanın dağıntılarını tam təmizləməkdir”, - Banqkok meri Çatçat Sittiphan deyib.

Daha əvvək bu obyektin tikintisində ölən işçilərin sayının 22 nəfər olduğu qeyd edilirdi.//Report

15.04.2025 04:22
348