“Bank of Baku”nun İdarə Heyətinin sədri dəyişib.
Musavat.com Mərkəzi Banka istinadən xəbər verir ki, bankın İdarə Heyəti sədrinin birinci müavini Həsən Quliyev İdarə Heyətinin yeni sədri seçilib. O bu vəzifədə Filiz Yunus Emreni əvəzləyib. Filiz Yunus Emre isə bankın İdarə Heyətinin üzvü olaraq qalıb.
Qeyd edək ki, bankın İdarə Heyəti sədrinin müavini Tural Məmmədovdur.