"Yaxın illərdə dünyada banan qıtlığı yarana, qiymətləri kəskin arta bilər".
Musavat.com xəbər verir ki, bu fikri Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ümumdünya Banan Forumunun eksperti Paskal Liu BBC Yayım Korporasiyasına şərhində deyib.
Onun sözlərinə görə, buna qlobal iqlim dəyişikliyi səbəb ola bilər:
"Hesab edirəm ki, iqlim dəyişikliyi banan sektoru üçün böyük təhlükə yaradır. Qiymətlər artacaq".
Ekspertin fikrincə, təchizatda ciddi artım olmasa, bananın qiymətində artım gözlənilməlidir.
Paskal Liu bildirib ki, bahalaşmanın əsas səbəbi hava şəraiti olacaq. Ekspertin sözlərinə görə, banan istehsalçılarını ilk növbədə daşqınlar və güclü külək narahat edir, çünki belə şərtlər xəstəliklərin yayılmasını sürətləndirir. Bu isə bəzi rayonlarda məhsulun tamamilə məhvinə gətirib çıxara bilər. Bundan əlavə, gübrələrin, enerji və nəqliyyatın qiymətlərinin artması, eləcə də işçi qüvvəsi çatışmazlığı bananın bahalaşmasına gətirəcək amillər sırasındadır.
Musavat.com