Baltikyanı ölkələr Slovakiya Baş nazirinin Moskvaya uçuşuna hava məkanlarını bağladılar

Litva, Latviya və Estoniya Slovakiya Baş naziri Robert Fitsonun Moskvaya 9 May tədbirlərində iştirak etmək üçün planlaşdırılan uçuşuna öz hava məkanları üzərindən keçməyə icazə verməyib.

Musavat.com xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.

Qeyd edək ki, oxşar çətinliklə Serbiya Prezidenti Aleksandar Vuçiç də üzləşib. O, Rusiyaya səfəri zamanı hava məkanına qoyulan məhdudiyyətlər səbəbindən yolunu dəyişməli olub və məcburən Azərbaycan üzərindən keçərək Moskvaya çatıb. 

 

Musavat.com

07.05.2025 23:05
378