Balıq üçün tilov atdı, köpəkbalığı tutdu - FOTO

Türkiyədə bir balıqçı balıq üçün tilov atıb, ancaq köpəkbalığı tutub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyada 49 ildir balıqçılıqla məşğul olan Hüseyin Hanlı ilk dəfədir belə bir balığa rast gəldiyini deyir.

Tutduğu balığın köpəkbalığı sinfinin 'Ninja Lanternshark' olduğu bildirilir.

Hüseyn Hanlı deyir ki, köpəkbalığı İzmir Katip Çələbi Universitetinin Dəniz Canlıları fakültəsi tərəfindən araşdırma üçün istənilir.

Musavat.com

18.08.2023 16:12
3361