Balıq ovu ilə məşğul olan cütlük bir anda VARLANDI - Göldən tapdıqları seyfdə...

ABŞ-da hobbi olaraq maqnit balıq ovu ilə məşğul olan cütlük içərisində 100 min dollar nağd pul olan seyf tapıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, hadisədən sonra Nyu-York Polis Departamenti onlara pulun heç bir cinayətlə əlaqəsi olmadığını deyib və saxlamağa icazə verib.

Məlumata görə, cütlük əvvəllər də köhnə silahlar, İkinci Dünya Müharibəsindən qalma əl qumbaraları, motosiklet, xarici sikkələr və zinət əşyaları tapıb.

Musavat.com

03.06.2024 13:57
7667