Balayı faciəyə döndü: 2 günün gəlini hoteldə öldü - FOTO

Türkiyədə ailə faciəsi yaşanıb.

Balayı üçün Kapadokiyaya gedən təzə gəlin Nazlı Can Göksu hoteldə keçinib.

İyun ayının 1-də Sivasda ailə quran cütlük bal ayı üçün Kapadokiyaya gediblər. Balayının 2-ci günündə gəlinin anidən halı pisləşib. Təcili olaraq xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılıb. Autopsiya nəticəsində məlum olub ki, qadın ürəktutma səbəbindən dünyasını dəyişib/Milli.Az

04.06.2024 21:48
1423