Balasanyandan Qalstanyana DƏSTƏK - YANINDAYAM!

Qarabağ cəlladı, qondarma qurumda bir zamanlar “lider”lərdən sayılan Vitali Balasanyan keşiş Qalstanyanın yanında olduğunu bəyan edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Balasanyanı İrəvanda hökumət binası yanında görüblər.

Bu cür etirazlarla Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmağın mümkün olub-olmaması ilə bağlı suala o, “Liderlərdən soruşun” deyə cavab verib. Balasanyan müsahibə vermək istəmədiyini, lakin artıq Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatda iştirak etdiyini bəyan edib.

“Mən həmişə, bütün həyatım boyu Müqəddəs Erməni Apostol Kilsəsinin yanında durmağa hazıram”, - deyə Vitali Balasanyan əlavə edib.

Musavat.com

16.05.2024 16:21
2905