Balakəndə qardaş bacısını BIÇAQLADI

Balakən rayon sakini Adil Sayılov bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovaya bıçaqla xəsarət yetirib.

Məlumata görə, qadın xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub, əməli törədən A.Sayılov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.//Report

12.03.2024 10:00
835