Balakəndə 28 yaşlı şəxsin qulağını kəsdilər

Balakən rayonunda 28 yaşlı şəxsin qulağı kəsilib.

Musavat.com-un "Report"a istinadən məlumatına görə, hadisə ötən gecə rayon ərazisində qeydə alınıb.

Belə ki, Balakən şəhər sakini, 1994-cü il təvəllüdlü Samiddin Quliyev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Daha sonra o, belin kəsilmiş-deşilmiş və qulağın kəsilmiş yaraları xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilir.

26.07.2022 11:16
674