BakuBus MMC-nin avtobsu qəzaya düşdü

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Musavat.com  APA-ya istinadən xəbər verir ki, hadisə “Neftçilər” prospektində qeydə alınıb.

Belə ki, “AzSamand” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirərək Depoya gedən “BakuBus” MMC-yə məxsus BMC markalı sərnişin avtobusuna çırpılıb.


Qəza nəticəsində minik maşınında olan sərnişin xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

09.11.2022 09:12
557