Sosial şəbəkələrdə "BakuBus"ın sürücüsünün avtobusu saxlayaraq namaz qıldığı görüntülər yayılıb.
İddia edilir ki, sürücü sərnişinləri gözlədərək ibadətini yerinə yetirib.
Məsələni aydınlaşdırmaq məqsədilə "BakuBus"la əlaqə saxladıq.
Qurumun mətbuat katibi Əsmər Əliyeva BAKU.WS-ə açıqlamasıpnda bildirdi ki, hadisə avtobusun sonuncu dayanacağında baş verib və intervala təsiri olmayıb:
"Daxil olmuş video görüntü əsasında daxili araşdırma aparıldı. Görüntü, "BakuBus"ın istismarında olan 175 saylı marşrut xəttinin son dayanacağında çəkilib. Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəq) ibadətini yerinə yetirmişdir. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmamışdır".