"BakuBus"a məxsus avtobus qadını vurub

Bakının Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Hüseynova Təranə Ataxan qızı dayanacaqda avtobusa minmək istəyən zaman qapılar bağlanıb. Bu zaman sərnişin avtobusun təkərləri altında qalıb. Sürücü dərhal əraziyə təcili yardım xidməti əməkdaşlarını çağırıb.

Yaralı xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

02.01.2023 09:57
511