"BakuBus" 1000 sürücü AXTARIR

"BakuBus" MMC-nin D kateqoriyalı 1000 nəfər sürücüyə ehtiyacı var.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu ehtiyac 160 ədəd elektrikli avtobusun xəttə buraxılması və 200 adi avtobusun istismara qaytarılması hesabına yaranıb. (Report)

19.07.2024 14:56
2022