“Baksol” yolundan istifadə edənlərin NƏZƏRİNƏ

Bakının Binəqədi rayonunda baş vermiş yanğınla bağlı Binəqədi şosesi -“Baksol” yolu istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Musavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Belə ki, bir qədər əvvəl yanğın hadisəsi səbəbindən Binəqədi şosesi - “Baksol” yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.

Sürücülər alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etməklə hərəkət edirdilər.

04.08.2023 13:36
673