Bakıya qonaq gəldi: Mübahisə zamanı bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Musavat.com “Report”a istinadən xəbər verir ki, Bərdə rayon sakini 1964-cü il təvəllüdlü Əliyev Abbas İsmayıl oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Məlumata görə, A.Əliyev Bakıya qonaq gəlibmiş.

Hadisənin təfərrüatı araşdırılır.

05.10.2022 09:55
777