Bakıxanovu qara tüstü bürüdü - Nə baş verir? - VİDEO

Bakının Sabunçu rayonunda güclü yanğın baş verib və ətrafı qara tüstü bürüyüb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilib ki, Bakıxanov qəsəbəsində qəfil ərazidə güclü yanğın başalyıb və ətrafı qara tüstü bürüyüb.

İnsanlar təşvişə düşüblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Məsələyə aydınlıq gətirmək üçün FHN ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində mazutluq ərazidə yanğın olub.

Baş vermiş yanğın yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılacaq söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

10.08.2024 18:44
1019