Bakının üç rayonunda su kəsiləcək

Su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 30 noyabr saat 20:00-dan 01 dekabr səhər saatlarına qədər Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

30.11.2023 19:07
2658