Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər.
DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.
***
Xəzər dənizində gəmi batır.
Musavat.com xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Görüntülərdən belə başa düşülür ki, Bakının sahilindəki gəmi batmaq təhlükəsi ilə üzləşib.
Batan gəminin içində şəxslərin olub-olmaması hələlik məlum deyil.