Xəbər verdiyimiz kimi, paytaxtın mərkəzində "Xaqani" bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir.
Nəqliyyatın hərəkətinə məhdudlaşdırılan hissə hesabına parkın ərazisi genişləndirilir. Hazırda ərazidə abadlıq işləri görülür.
Qeyd edək ki, martın 4-dən etibarən "Xaqani" bağının ətrafına nəqliyyatın girişi məhdudlaşdırılmışdı.
"Xaqani" bağının ətraf hissəsinin təmirdən sonra necə olacağı ilə bağlı layihə görüntülərini təqdim edirik. (Trend)