Bakının mərkəzində yanğın - CANLI YAYIM

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

Oxu.Az xəbər verir ki, hadisə “Qış parkı” yaxınlığındakı birmərtəbəli tikilidə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

27.10.2022 16:03
1376