Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova Bakının mərkəzində ölümdən dönüb.
Musavat.com xəbər verir ki, o bu barədə "Facebook" səhifəsində paylaşım edib.
“Bu gün günorta kiminsə səhlənkarlığının qurbanı olacaqdım. “Sahil” metrosunun üstündəki binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşəcəkdi, öləcəkdim, 2 balam da yetim qalacaqdı. Hələ də əllərim əsir. Əcəl ilə mənim aramda bir neçə santimetr var idi...” - Fəridə Aslanova yazıb.
O vurğulayıb ki, həmin binanın fasadına, eyvanına ciddi baxış keçirilməlidir.
Musavat.com