Bakının bu qəsəbəsində su olmayacaq

Bu gün axşam saatlarından başlayaraq 26 sentyabr tarixində gün ərzində Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu haqda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

26.09.2023 09:49
1482