Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 04 sentyabr 2023-cü il tarixində gün ərzində Səbail rayonunun Şıxov, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Musavat.com-a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Agentlik yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.