Bakının bu ərazisi işıqsız qalıb

Sabunçu rayonu, Yeni Balaxanı sakinləri hər gün işıqlarının söndüyünü bildirərək şikayət edirlər.

Musavat.com-un məlumatına görə sakinlər bildirirlər ki, qeyd olunan ərazidə hər gün elektrik enerjisinin verilişində saatlarla fasilə yaranır.

Bununla bağlı isə “Azərişıq” tərəfindən sakinlərə öncədən heç bir xəbərdarlıq olunmur.

"Azərişıq" ASC-dən bildirilib ki, ərazidə qəza olduğu üçün elektrik enerjisinin verilişində fasilə yaranıb. 

Musavat.com

01.06.2024 12:33
942