Bakının bir sıra küçə və prospektlərində tıxaclar müşahidə olunur

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Musavat.com-un NİİM-ə istinadən verdiyi məlumata görə, hazırda Bakının aşağıdakı küçə və prospektlərində nəqliyyatın hərəkətində çətinliklər müşahidə olunur:

  1. Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
  2. Tbilisi prospekti – İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
  3. Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından şəhər mərkəzinə doğru;
  4. Babək prospekti – şəhər mərkəzi istiqamətində;
  5. Ziya Bünyadov prospekti – Muzaffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində.

Sürücülərə alternativ yollar seçmələri və hərəkət zamanı ehtiyatlı olmaları tövsiyə edilir.

11.02.2025 09:35
433