Günlərdir ki, Bakının bir çox rayonlarında suyun verilməsində məhdudiyyətlər tətbiq edilib. Buna səbəb kimi isə Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza göstərilir. Lakin yay aylarında suya tələbatın birə-beş artdığını nəzərə alsaq, su təchizatında bu qədər fasilələrin yaranması ciddi narazılığa səbəb olub.
Ümumiyyətlə, su təchizatı ilə bağlı hər il problemlərin yaşandığının şahidi oluruq. Ötən il şəhərin müxtəlif yerlərində su borularının partladığını, bundan dolayı yolların iflic olduğunu, günlərlə suyun verilişində fasilələrin olduğunu görürdük. Bu il də müxtəlif vaxtlarda Səbaildə, Xırdalanda, Zığ Hövsan yolunda su boruları partladığını, şəhərdə analoji problemlərin olduğunu gördük.
Ötən il bütün bu problemlərin həlli üçün Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı, bu istiqamətdə tapşırıqlar verildi. Amma görünən odur ki, vəziyyət düzəlmək əvəzinə daha da pisləşib.
Tanınmış sosioloq, su təchizatı ilə bağlı ekspert Elçin Bayramlı "TV Müsavat"ın qonağı olub, nöqsanlardan, mövcud problemlərdən danışıb, həll yollarını göstərib. Musavat.com həmin videomaterialı təqdim edir.
Afaq Mirayiq
Musavat.com