"BakıKart"ın texniki nasazlığı niyə həll edilmir?

"BakıKart"ın onlayn ödəniş sistemi artıq 11 gündür ki, işləmir.

Vətəndaşlar hazırda "BakıKart"a yalnız ödəmə terminalları və digər platformalar vasitəsilə ödəniş edə bilirlər.

Sərnişinlərin sözlərinə görə, ödəmə terminalları hər yerdə mövcud deyil, onlayn ödəniş üçün nəzərdə tutulmuş sayt isə fəaliyyət göstərmir. Bu səbəbdən, bir çox sərnişin ödəniş prosesində çətinliklər yaşayır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, "BakıKart" tətbiqində yaranan texniki nasazlıqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

20.08.2024 04:29
964