Bakıdakı "lüt qadın heykəli" söküldü

Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin “Təbiətin gücü” (Force of Nature) adlı Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması birmənalı qarşılanmayıb.

Musavat.com ajans.az-a istinadla xəbər verir ki, "Lüt qadın heykəli" artıq sökülüb.

Xatırladaq ki, Kuinnin heykəlləri Londonda, Qətərdə və ABŞ-da nümayiş olunub.

"Təbiətin gücü" adlı əsəri 2 cür hazırlanıb. Paltarlı və paltarsız. Paltarsız versiya Bakıda nümayiş olunurdu.

10.11.2024 14:20
8549