Bakıdakı bu mağazalar şəbəkəsi bağlandı - FOTO

İlk yayın vaxtı 00:51

Bakıda fəaliyyət göstərən "Belarus Şirniyyatları" mağazaları bağlanır.

Musavat.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət məhkəmənin qərarı ilə rəsmən müflis elan olunub.

Məhkəmənin qətnaməsi ilə Həsənov Mahir Samir oğlu Əmlak inzibatçısı təyin edilib və dekabrın 23-də Qətnamə qanuni qüvvəyə minib.

Şirkətin müflis elan olunmasının rəsmən qüvvəyə minməsi ilə bağlı yanvarın 11-də kreditorların ilkin yığıncağı keçiriləcək.

Qeyd edək ki, "Belarus Şirniyyatları" mağazası şəbəkəsi Belarusun "Krasnıy pişevik" şirkətinin Bakıdakı nümayəndəliyidir.

Nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçi Uladzımır Davıdzıuk olan "Belarus Şirniyyatları"nın Bakının bir sıra ünvanlarında mağazaları fəaliyyət göstərir. 

1170336_(1).jpg (65 KB)

27.12.2023 04:05
22853