Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 316 saylı orta məktəbin 11A sinfinin bütün şagirdləri ali məktəblərə qəbul olunub.
Məktəbdən Musavat.com-a verilən məlumata görə həmin sinifdə təhsil almış 27 şagirdin hamısı buraxılış və qəbul imtahanlarında yüksək və orta nəticələr göstərib. Onlar avqustun 31-də başa çatan ixtisas seçiminin nəticələrinə əsasən müxtəlif ali məktəblərə qəbul olunublar. Bu, bir sinifden tələbə adını qazananların sayına görə Azərbaycan üzrə qeydə alınan ən yüksək göstəricidir.
Qeyd edək ki, şagirdlərdən 3 nəfəri 600-dan, 7 nəfəri isə 500-dən çox bal toplayıb.
Musavat.com