Bakıda zibilliyə atılan 15 günlük körpənin son durumu

Xəbər verdiyimiz kimi, Bakıda 10-15 günlük körpə zibil qutusuna atılıb.

BEY.AZ-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, körpənin müalicəsi davam etdirilir:

“Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulan körpənin müalicəsi TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qalır, göbəyi düşməyib. Götürülən analizlərin cavabları müsbətdir, əlavə analizlərin də götürülməsi nəzərdə tutulub”.

Xatırladaq ki, yeni doğulan körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilib, ona mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub.

Qeyd edək ki, körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Həmin şəxs barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

19.07.2023 15:44
614