Bakıda zəncirvari qəza olub: tıxac yaranıb - Fotolar

Bakıda baş verən zəncirvari yol qəzası nəqliyyatın hərəkətində tıxac yaradıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bir neçə dəqiqə bundan əvvəl Heydər Əliyev prospektində üç – “Chevrolet” və 2 ədəd “Kia” markalı avtomobillər toqquşub.

Məlumata görə, “Kia” markalı avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

08.10.2022 21:44
943