Bakıda zəlzələ oldu -SON DƏQİQƏ!

Xəzər dənizində zəlzələ olub.

 

Musavat.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

 

Bildirilib ki, sentyabrın 17-də, yerli vaxtla saat 02:51-də Qala stansiyasından 147 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

 

Yeraltı təkanlar 4,6 maqnitudada baş verib, zəlzələ ocağı 62 km dərinlikdə yerləşib.

 

Zəlzələ hiss olunmayıb.

17.09.2023 04:00
3607